İtalyanlar "Qarabağ"dan yazdılar

12:13 27 Dekabr 2017

“Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə heç-heçələri sayəsində "Roma"nın qrupdan çıxması İtaliya mətbuatında növbəti dəfə qeyd olunub.

 

Sportarena.az xəbər verir ki, "Sport.virgilio.it" saytı 2017-ci ilin yekunlarına dair yazıda əsas idman hadisələri sırasında buna da toxunub. Məqalədə Ağdam klubunun "Atletiko"dan hər iki oyunda xal alması bunun sayəsində italyan klubunun pley-ofa çıxması vurğulanıb.

 

ÇL-də "Roma"ya evdə 1:2, səfərdə isə 0:1 hesabı ilə uduzan təmsilçimiz "Atletiko" ilə hər iki oyunda (0:0, 1:1) heç-heçə etmişdi.


Digər xəbərlər

Xəbər xətti