"Səbail"dən üçüncü transfer

14:10 27 Dekabr 2017

“Səbail” dövrələrarası fasilə zamanı növbəti transferini reallaşdırıb.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Aqşın Qurbanlını heyətinə cəlb edib. Lakin tərəflər arasında neçə illik müqavilə bağlandığı açıqlanmayıb.

 

Xatırladaq ki, “Səbail” daha öncə “Neftçi”dən Rahil Məmmədovu transfer edib, bu komandanın digər futbolçusu Fəhmin Muradbəylini isə icarəyə götürüb.


Xəbər xətti