Ture milliyə qayıtdı - "Xalqımı qürurlandırmaq istəyirəm”

17:28 27 Dekabr 2017

“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture Fil Dişi Sahili yığmasına qayıtmaq qərarı verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu özünün “tvitter” hesabında məlumat verib. O, yığmaya qayıtmaqla burda çıxış edən gənclərə kömək etmək istədiyini yazıb:

 

“Ölkəmi çox sevirəm və yenidən milli komandaya seçilmək üçün uyğunam. Təcrübəmi gənc futbolçularımıza ötürməklə, Fil Dişi Sahili yığmasına kömək etmək, xalqımı qürurlandırmaq istəyirəm”.

 

Xatırladaq ki, Yaya Ture keçən il milli karyerasını bitirdiyini açıqlamışdı. O, Fil Dişi Sahili yığmasında 100 oyun keçirib, 15 qola imza atıb. Ture “fillər”in heyətində 2015-ci ildə Afrika Millətlər Kubokunun sahibi olub.


Xəbər xətti