PSJ onu satmağa razıdı - 40 milyona

18:12 27 Dekabr 2017

PSJ yarımmüdafiəçisi Yulian Draksleri satmağın əleyhinə deyil.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin “Mirror” nəşri yayıb. Xəbərdə Paris təmsilçisinin Kilian Mbappe və Neymarın transferindən sonra əsas heyətə düşməkdə çətinlik çəkən alman futbolçunu qışda göndərə biləcəyi qeyd edilib. Ancaq Fransa klubu Almaniya millisinin üzvünü 40 milyon funt-sterlinqdən aşağı qiymətə satmaq fikrində deyil.

 

Drakslerin xidmətində “Arsenal” maraqlıdı. Yanvarda əsas üzvlərindən Məsut Özil və Aleksis Sançesi itirmək təhlükəsi olan “topçular” bu oyunçuların gedişi ilə yaranacaq boşluğu Drakslerin transferi ilə doldurmaq fikrindədi.


Xəbər xətti