"Tobol"un futbolçusuna Azərbaycan klubundan təklif - AÇIQLAMA

10:51 28 Dekabr 2017

Qazaxıstanın "Tobol" klubunun futbolçusu Eqon Vux Azərbaycandan təklif alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi "sport.tn.nov.cz" saytına müsahibəsində bildirib. Ancaq çexiyalı futbolçu klubun adını açıqlamayıb:

 

"Azərbaycandan və Özbəkistandan təklif almışam. Amma hələ burada qalmağa qərar vermişəm. Hələ klubumla bir illik müqaviləm var. Görək, vəziyyət necə olacaq. İstərdim ki, "Astana" və ya "Kayrat"da çıxış edim".

 

Qeyd edək ki, Eqon Vux bu ilin iyunundan Qazaxıstan klubunun şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti