Türk futbolçu “Vilyarreal”a qayıtdı

11:21 28 Dekabr 2017

Türk futbolçu Enes Ünal “Vilyarreal”ın düşərgəsinə qayıdıb.

 

Sportarena.az xəbər verir ki, Ünal icarə əsasında “Levante”də çıxış edirdi. Futbolçu dekabrın 29-da “Vilyarreal”da məşqə çıxacaq. Bu barədə məlumatı klubun saytı yayıb.

 

20 yaşlı Enes “Vilyarreal”a yayda transfer edilmişdi. “Sualtı qayıqçılar” onu heyətə cəlb etmək üçün “Mançester Siti”yə 15 milyon avro ödəmişdilər.


Digər xəbərlər

Xəbər xətti