"Zirə"nin legioneri Polşa klubunun hədəfində

12:44 28 Dekabr 2017

Polşanın “Bruk-Bet Termalitsa” klubu “Zirə”nin müdafiəçisi Qabriel Mateyin xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Polşa mətbuatı yayıb. Xəbərdə hazırda ölkənin yüksək liqası olan Ekstraklassada qalmaq uğrunda mübarizə aparan klubun qış fasiləsində heyətini gücləndirmək barədə düşündüyü, bunun üçün isə “Zirə”nin rumıniyalı müdafiəçisinə göz dikdiyi qeyd edilib. Müdafiəçinin 450 min avro qiyməti olduğu vurğulanıb.

 

Polşa “qartallar”ın oyunçusu üçün yad ölkə deyil. Belə ki, 27 yaşlı futbolçu “Zirə”dən öncə məhz bu ölkə təmsilçisi “Qurnik”də çıxış edib. Lençna təmsilçisi aşağı liqaya düşdükdən sonra isə “qartallar”a transfer olub.

 

Qeyd edək ki, Matey “Zirə”də cari mövsümdə 10-u ölkə çempionatı, 4-ü Avropa Liqasında olmaqla cəmi 14 oyun keçirib.

 

Əlavə edək ki, “Bruk-Bet Termalitsa” Polşa çempionatının cari mövsümündə 21 turdan sonra 21 xalla 16 komanda arasında 14-cü sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti