İngiltərə klubunda yeni baş məşqçi

17:40 28 Dekabr 2017

İngiltərə Premyer Liqa təmsilçisi “Suonsi” yeni məşqçiylə anlaşıb.

 

Sportarena.az xəbər verir ki, klub portuqaliyalı mütəxəssis Karluş Karvalyalla razılığa gəlib. Bu barədə məlumatı “Suonsi”nin mətbuat xidməti yayıb. 52 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlanıb.

 

Karvalyal məşqçi karyerası ərzində “Braqa”, “Beşiktaş”, “Başakşəhər”, “Sportinq” kimi komandaları çalışdırıb.

 

İngiltərə Premyer Liqasının 20 turundan sonra cəmi 13 xal toplamış “qu quşları” sonuncu - 20-ci pillədə qərarlaşıb


Digər xəbərlər

Xəbər xətti