"Keşlə" "Neftçi"yə rəqib oldu

11:49 29 Dekabr 2017

"Keşlə" qış fasiləsində növbəti dövrənin oyunlarınının hazırlıqlarına Bakıda start verəcək.

 

Sportarena.az xəbər verir ki, komanda yanvar ayının 5-də bir araya gələrək məşqlərə başlayacaq. Hazırlıqlar çərçivəsində “Keşlə” iki yoxlama matçı keçirməyi planlaşdırır. Yanvar ayının 14-də komanda “Neftçi” ilə qarşılaşacaq. İkinci yoxlama matçı “Qaradağ-Lökbatan”la olacaq. Birinci divizon təmsilçisilə qarşılaşmanın tarixi barədə əlavə məlumat veriləcək.

 

Bakı toplanışından sonra "Keşlə" Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda qardaş ölkədə 3 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.


Xəbər xətti