Tarik Elyunussi "Qarabağ"a lazım deyil?

17:16 29 Dekabr 2017

"Qarabağ" bu yay "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussini qaytarır.

 

Sportarena.az xəbər verir ki, bu iddia ilə Yunanıstanın "sport24.gr" saytı çıxış edib. Məlumata görə, norveçli yarımmüdafiəçinin çıxışından narazı qalan Ağdam klubu qış fasiləsində onunla yollarını ayırmağa hazırlaşır.

 

Bildirilir ki, Elyunussi "Qarabağ"dan ayrılsa, "Olimpiakos"a qayıtmalı olacaq. Ancaq Afina təmsilçisi də təcrübəli futbolçunu heyətdə saxlamaq niyyətində deyil. Onun yenidən icarəyə verilməsi və ya birdəfəlik satılması gözlənilir.

 

Xatırladaq ki, “Qarabağ” Elnuyussini bu yay bir mövsümlük icarəyə götürüb.


Digər xəbərlər

Xəbər xətti