"Zirə"nin futbolçusu Polşa klubunda - RƏSMİ

18:17 29 Dekabr 2017

"Zirə"də növbəti ayrılıq baş verib.

 

Sportarena.az xəbər verir ki, "qartallar"ın sağ cinah müdafiəçisi Qabriel Matey karyerasını Polşada davam etdirəcək. O, "Bruk Bet Termalika" klubu ilə 2 illik müqavilə bağlayıb. Mateyin aylıq məvacibi 10 min avro təşkil edəcək.

 

Qeyd edək ki, 27 yaşlı rumıniyalı futbolçu mövsümün əvvəlində Polşanın "Qurnik" klubundan "Zirə"yə keçmişdi.

 

Əlavə edək ki, "Zirə" David Manqa və Murad Səttarlını da yola salıb.


Digər xəbərlər

Xəbər xətti