Vengerdən Sançes açıqlaması - "Şübhələri normal sayıram”

18:42 29 Dekabr 2017

 

İngiltərə Premyer Liqasının 20-ci turunda səfərdə “Kristal Pelas”la qarşılaşan “Arsenal” 3:2 hesabıyla qalib gəlib. Mövsümün sonunda klubla müqavilə müddəti bitəcək, yanvarda komandadan ayrılması gündəmdə olan Aleksis Sançes matçda “topçular”ın qələbəsinə 2 qolla töhfə verib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra “Arsenal”ın baş məşqçisi Arsen Venger “A Bola”ya açıqlamasında son oyunda komandasının qələbəsinə böyük töhfə verən çilili hücumçunun ayrılmaq perspektivinin onu qorxutmadığını deyib:

 

“Sançesin komandadan ayrılması ehtimalı məni qorxutmur. Oyunçunun müqaviləsi ilə bağlı bu məsələnin tez-tez qaldırılmasını başa düşürəm. Onun komandaya etdiyi köməyi heç vaxt şübhə altına almamışam. Lakin onun ayrılacağı ilə bağlı şübhələri normal sayıram”.


Xəbər xətti