"Qarabağ"ın futbolçusu 10 ən yaxşı futbolçu arasında

10:53 30 Dekabr 2017

"Qarabağ"ın cənubi afrikalı hücumçusu Dino Ndlovu ölkəsində 2017-ci ilin ən yaxşı 10 futbolçusunun yer aldığı siyahıda qərarlaşıb.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı oyunçu "KickOff" nəşrinin açıqladığı siyahıda 6-cı olub. Məqalədə Dino barədə bunlar qeyd edilib:

 

"Ndlovu Çempionlar Liqasının təsnifat mərhələsində 4, Premyer Liqada isə 5 qol vurub. Bundan başqa, ötən mövsüm "Qarabağ"ın heyətində çempionluq sevinci yaşayıb. Onun Çin klubuna keçmək variantı var".

 

Siyahıda ilk yeri Cənubi Afrikanın "Mamelodi Sandaunz" klubunun yarımmüdafiəçisi Persi Tau tutub.


Xəbər xətti