“Qalatasaray”ın prezident postuna 2 namizəd

11:21 30 Dekabr 2017

Türkiyənin “Qalatasaray” klubunda prezident seçkilərinə namizədlər müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yanvarın 20-də keçiriləcək növbədənkənar prezident seçkilərində iki namizəd olacaq. Bunlar hazırkı prezidenti Dursun Özbək və Mustafa Cengizdi. Onların müraciəti artıq qəbul olunub.

 

Qeyd edək ki, yeni seçiləcək prezident 3 il müddətində bu postda çalışacaq.

 


Xəbər xətti