"Real" dünyada ilin ən yaxşısı oldu

11:51 30 Dekabr 2017

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2017-ci ildə dünyanın ən yaxşı komandalarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 112 ölkədən 517 jurnalistin qatıldığı sorğuda İspaniyanın “Real” klubu ən yaxşı seçilib. Madrid təmsilçisi respondentlərin 23,55 faizinin səsini qazanıb.

 

İkinci yeri futbol üzrə Almaniya yığması tutub. İlk üçlüyü basketbol üzrə “Qolden Steyt Uorriorz” komandası qapayır.

 

1. Real (futbol) - 1096 (23.55%)
2. Almaniya (futbol, kişilər) - 738 (15.86%)
3. Qolden Steyt Uorriorz (basketbol) - 601 (12.92%)
4. Sloveniya (basketbol, kişilər) - 412 (8.85%)
5. Fransa (tennis, kişilər) - 333 (7.16%)
6. Hollandiya (futbol, qadınlar) - 288 (6.19%)
7. Fransa (həndbol, kişilər) - 288 (6.19%)
8. İngiltərə (reqbi, kişilər) - 227 (4.88%)
9. Xorvatiya (su polosu, kişilər) - 189 (4.06%)
10. Rusiya (voleybol, kişilər) - 166 (3.57%)


Digər xəbərlər

Xəbər xətti