İslandiyalı fanat Rusiyadakı şəhər adlarından şikayətləndi

14:35 30 Dekabr 2017

DÇ-2018-ə getmək istəyən İslandiya yığmasının fanatı Qundermurd Siqurdflordbratsen Rusiya Federasiyasının şəhər adlarından şikayətlənib.
 
Sportarena.az xəbər verir ki, "Eurosport"a açıqlama verən islandiyalı azarkeş "Rusiyalı bir dostum məni dünya çempionatına baxmaq üçün bu ölkəyə dəvət etdi. Xəritəyə baxanda Rusiya mənə çox böyük göründü. Başa düşmürəm niyə dövlətlərə daha çox torpaq lazımdı. Orada adları ağır və kiçik səsləndirməsi olan şəhərlərə rast gəldim: Moskva, Soçi, Kazan. Buna baxmayaraq həmin şəhərləri ziyarət etməyi planlaşdırıram və qarşılıqlı olaraq dostumu İslandiyaya Kirkyubayarkleystur, Faskrudsfyordur və Eyyafyadlayekyudla dəvət edəcəm" sözlərini söyləyib.
 
İslandiya yığması DÇ-2018-də Argentina, Nigeriya və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti