Qurban Qurbanov Qriqorçukla Ayxan Abbasovu qabaqladı

16:51 30 Dekabr 2017

Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, "World Coach Ranking" saytının açıqladığı 2017-ci ilin son cədvəlində Azərbaycan Premyer Liqasında çalışan mütəxəssislərdən Qurban Qurbanov (Qarabağ), Roman Qriqorçuk (Qəbələ) və Ayxan Abbasov (Zirə) də yer alıb.


Ən yaxşı nəticə Qurbanova məxsusdu. 45 yaşlı mütəxəssis 1169 xalla 482-ci pillədə qərarlaşıb. “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 949-cu pillədədi. Onun aktivində 255 xal var. “Zirə”nin çalışdırıcısı Ayxan Abbasov isə 217 xalla 999-cu sırada qərarlaşıb.

Reytinq siyahısına "Real"ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Fransalı mütəxəssisin hesabında 17696 xal var. “Qremio”nu çalışdıran Renato Qauşo 13274 xalla 2-ci,  Madrid “Atletiko”sunun çalışdırıcısı Dieqo Simeone isə, 12795 xalla 3-cü sırada yer alıb.


Digər xəbərlər

Xəbər xətti