"Zirə"dən 4 transfer - FOTOLAR

17:18 30 Dekabr 2017

“Zirə" heyətini 4 futbolçu ilə gücləndirib.
 
Sportarena.az xəbər verir ki, komanda “Qəbələ”dən Tellur Mütəllimov, “Keşlə”dən Mirsahib Abbasov, “Qarabağ”dan İbrahim Aslanlı və Elşən Abdullayevlə anlaşıb.
 

"Qəbələ" Futbol Akademiyasının yetirmələri olan Mütəllimov və Aslanlı ilə 2 il yarım, Abbasovla ilk 6 ayı icarə əsasında olmaqla 1 il yarımlıq müqavilə bağlanılıb. Abdullayev isə mövsüm sonuna qədər “Zirə”nin formasını geyinəcək. Bu futbolçulardan Tellur "Zirə"nin Premyer Liqamızda debüt mövsümü olan 2014/15-də onun heyətində çıxış edərək gümüş medalçı olub.

ndə çıxış edərək gümüş medalçı olub.

Xatırladaq ki, "Zirə" qış fasiləsində rumıniyalı müdafiəçi Qabriel Matey, David Manqa və Murad Səttarlı ilə yollarını ayırıb. 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti