"Reyncers" ona görə "Qəbələ" ilə danışıqlar aparır

21:49 30 Dekabr 2017

Şotlandiya mətbuatı “Qəbələ”də icarə əsasında çıxış edən "Reyncers"in futbolçusu Endi Hallideylə bağlı növbəti xəbəri yayıb.

Sportarena.az xəbər verir ki, "Sunday Mail" nəşrinin iddiasına görə, Qlazqo təmsilçisi Hallideyin müqaviləsinin pozulması ilə bağlı "Qəbələ" ilə danışıqlara başlayıb. Onun "qırmızı-qaralar"la 1 illik anlaşmasına vaxtından əvvəl xitam verilməsi gözlənilir. “Reyncers”in yeni baş məşqçi Qrem Marti Hallideyi komandaya qaytarmaq istəyir. 

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısında “Qəbələ”də 7 oyuna çıxıb.  


Digər xəbərlər

Xəbər xətti