Türkiyənin tanınmış klubu fəaliyyətini dayandırdı

12:33 1 Yanvar 2018

Türkiyənin “Qaziantepspor” klubu fəaliyyətini dayandırıb.

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb. Açıqlamada maddi çətinliyə görə klubun bu qərarı verdiyi bildirilib.

Qeyd edək ki, 1969-cu ildə yaradılan Qaziantep təmsilçisi ötən mövsüm Superliqanı tərk edib. Hazırda isə komanda birinci divizionda sonuncu yerdədir.


Digər xəbərlər

Xəbər xətti