"Yuventus"dan yeni rekord

15:13 1 Yanvar 2018

İtaliyanın “Yuventus” klubu A Seriyasında yeni rekord müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisi ölkə çempionatının 19-cu turu çərçivəsində səfərdə qarşılaşdığı “Verona” ilə qarşılaşmada (3:1) ardıcıl 23-cü oyunda qol sevinci yaşayıb. Bu isə A Seriyasında yeni rekorddu. Son İtaliya çempionu qarşıdakı turlarda bu rekordunu yeniləmək şansına da malikdi.

 

Xatırladaq ki, bundan əvvəlki rekord da elə Turin təmsilçisinə aid idi. “Yuventus” 2013/14 mövsümündə ardıcıl 22 oyunda qol sevinci yaşamışdı.


Digər xəbərlər

Xəbər xətti