“Real”dan ilk transfer

21:15 1 Yanvar 2018

“Real” yeni ildə ilk transferini gerçəkləşdirib.

 

Sportarena.az xəbər verir ki, “kral klubu” “Valensiya”dan Rafa Mirin keçidini həll edib. “Qladiator” ləqəbli forvard hələ 2017-nin yayında Madrid klubuna keçə bilərmiş. Sadəcə, həmin vaxt “yarasalar” gənc futbolçusunu buraxmamışdı.


Qeyd edək ki, Mir “Valensiya”nın heyətində ilk dəfə 2015-ci ildə, Çempionlar Liqasının “Zenit”lə oyununda debüt edib. Ancaq əsas heyətdə möhkəmlənə bilməyən hücumçu əvəzedici komandaya göndərilib. Mir bu mövsüm Sequnda B-də 19 oyuna 15 qol vurub.


Digər xəbərlər

Xəbər xətti