"Real" Keynə görə hərəkətə keçdi - Fantastik təklif

23:10 1 Yanvar 2018

“Real” Tottenhem”dən daha bir səs-küylü transfer etməyi planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, “kral klubu” “Tottenhem”in hüçumçusu Harri Keyni almaq niyyətindədi. Keyn “Real”ın əsas transfer hədəfi hesab olunur.

 

“Kral klubu” ona görə cəlbedici təklif də irəli sürmək niyyətindədir. “Daily Star”ın məlumatına görə, İspaniya nəhəngi Keyni almaq üçün 150 milyon avro və Qaret Beyli təklif edəcək.

 

Qaret Beyl də “Real”a 2011-ci ildə 101 milyon avroya “Tottenhem”dən keçib.


Xəbər xətti