"Antalyaspor"da 4-cü baş məşqçi təyinatı

Sportarena.az      2 Yanvar 2018, 15:07

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi Hamza Hamzaoğlu ilə anlaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, bu mövsüm uğursuz çıxış edən Antalya təmsilçisi artıq yeni baş məşqçisi ilə 1,5 illik müqaviləni razılaşdırıb. Tərəflərin bu gün rəsmi müqaviləyə imza atması gözlənilir.

 

Hamzaoğlu yeni işinə yanvarın 4-dən etibarən başlayacaq. Komanda məhz həmin tarixdən etibarən ikinci dövrənin hazırlığına start verəcək.

 

Hamza Hamzoğlu Rıza Çalımbay, Leonardo və David Badiadan sonra “Antalyaspor”un bu mövsümdəki dördüncü baş məşqçisi olacaq. Sözügedən klub geridə qalan 17 turda 17 xal toplayıb və 18 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin