Aquero vətəninə qayıtmaq istəyir

Sportarena.az      2 Yanvar 2018, 15:28

“Mançester Siti”nin hücumçusu Serxio Aquero komandadan ayrıla bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Məlumatda bildirilir ki, 29 yaşlı forvard bu ilin yayında Rusiyada keçiriləcək dünya çempionatından sonra vətəninə qayıtmaq istəyir. Argentina millisinin üzvü karyerasını “İndependyente”də davam etdirmək fikrindədir.

 

Qeyd edək ki, Aquero “Mançester Siti”yə 2011-ci ildə “Atletiko”dan keçmişdi. Onun "şəhərlilər"lə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin