Qırmızı vərəqə göstərdi, həyatını itirdi

18:21 2 Yanvar 2018

Meksikada futbol hakim qırmızı vərəqə səbəbindən dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, hadisə həvəskar komandaların oyununda baş verib. Hakim Xose Valdemar Ernandes Kapitilyo futbolçulardan birinə qırmızı vərəqə göstərdiyinə görə hücuma məruz qalıb. Oyundan sonra Halapa şəhərində yerləşən xəstəxanaya yerləşdirilən Kapitilyo 1 həftə komada qaldıqdan sonra vəfat edib. 

 

Meksika Hakimlər Assosasiyasının prezidenti Valentin Ramires bununla bağlı lazımi ölçü götürüləcəyini bildirib.


Xəbər xətti