Belçikanın ən yaxşı futbolçusu kim seçildi?

23:29 2 Yanvar 2018

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard Belçikada 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

Sportarena.az xəbər verir ki, bunu Belçika Futbol Federasiyasının rəsmi saytı açıqlayıb. "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne 2-ci, "Mançester Yunayted"in hücumçusu Romelu Lukaku isə 3-cü olub.

Qeyd edək ki, Eden Hazard ötən il 52 matçda meydana çıxıb. O, 20 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti