Araz oynadı, komandası xal itirdi

10:42 3 Yanvar 2018

Futbol üzrə Kipr çempionatında 18-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Doxa Katokopia” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Geridə qalan turlarda 37 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında ilk pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti