MY-dən daha bir rekord

10:58 3 Yanvar 2018

İngiltərənin “Mançester Yunayted” klubu yeni rekorda imza atıb.

 

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqada eyni rəqib üzərində qazandığı qələbə sayında digər ingilis klublarını qabaqlayıb. Joze Mourinyonun çalışdırdığı kollektiv son turda “Everton”u məğlub edib – 2:0. Bu qələbə MY-nin sözügedən komanda üzərində 35-ci zəfəri olub.

 

Bundan əvvəlki rekord da MY-yə məxsus idi. “Qırmızı şeytanlar” ölkə çempionatında “Aston Villa”ya da 34 dəfə qalib gəliblər.


Digər xəbərlər

Xəbər xətti