Futbolçunun üzündə fişəng partladı

12:50 3 Yanvar 2018

Argentinalı futbolçu Lukas Vyatri üçün 2018-ci il çox uğursuz start götürüb.

 

Sportarena.az xəbər verir ki, o, Milad bayramı atəşfəşanlığı zamanı xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, pirotexniki vasitələrdən biri 30 yaşlı hücumçunun sifətində partlayıb. Uruqvayın “Penyarol” klubunun şərəfini qoruyan futbolçunun üzü tanınmaz hala düşüb. Vyatrinin üzünün bir hissəsində, sol gözündə və əlində ciddi xəsarətlər qeydə alınıb.

 

Bir ara Argentina yığmasında da oynamış futbolçunun azı iki ay müalicə alacağı bildirilir. Bu müddətdə o, yaşıl meydanlardan kənarda qalmalı olacaq. Həkimlər onun sol gözünün görmə faizinin aşağı düşməsindən ehtiyat edirlər.


Digər xəbərlər

Xəbər xətti