Viktor Valdes karyerasını bitirdi

14:42 3 Yanvar 2018

İspaniya millisinin və "Barselona"nın sabiq qapıçısı Viktor Valdes futbolçu karyerasına nöqtə qoyub.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı əlcək sahibi "twitter" sosial hesabında "Hər şey üçün təşəkkürlər" yazaraq bunu bəyan edib. Məşhur qapıçı bu paylaşımın ardından maraqlı addım atıb. Belə ki, təcrübəli futbolçu sosial şəbəkə hesablarındakı bütün fotolarını silib. O, daha çox ailəsinə vaxt ayırmaq üçün bunu edib.

 

Qeyd edək ki, Valdes "Barselona"nın yetirməsidir və 2014-cü ilə kimi çıxış etdiyi bu komandada 387 oyun keçirib. O, "Mançester Yunayted", "Standard" və "Midlzbro" klublarında da oynayıb. Valdes İspaniya millisində 20 dəfə forma geyinib.

 


Xəbər xətti