"Fənərbaxça" "Arsenal"ın hücumçusuna göz dikdi

16:45 3 Yanvar 2018

Fransa millisi və “Arsenal”ın hücumçusu Olivye Jiru karyerasını Türkiyədə davam etdirə bilər.

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yaydı. Təcrübəli futbolçu “Fənərbaxça”nın maraq dairəsinə düşüb. Robin van Persi ilə yollarını ayırmağa hazırlaşan İstanbul klubu hücum xəttindəki boşluğu “topçular”ın forvardı ilə doldurmaq istəyir. Bugünlərdə "Fənər"in "Arsenal"a təklif göndərəcəyi gözlənilir.

Olivye Jirunun özü də Türkiyədə çıxış etməyin əleyhinə deyil. Fransa millisi ilə DÇ-2018-də iştirak etmək istəyən hücumçu daim əsas heyətdə meydana çıxa biləcəyi klub axtarır.


Digər xəbərlər

Xəbər xətti