"Real" qapıçı transfer etdi

13:51 4 Yanvar 2018

“Atletik”in və İspaniya millisinin qapıçısı Kepa Arrisabalaqa karyerasını “Real”da davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın AS nəşri yayıb. Xəbərdə 23 yaşlı qolkiperin “kral klubu” ilə artıq müqavilə bağladığı, anlaşmanın qısa müddətdə rəsmən elan ediləcəyi vurğulanıb. Kepa Madrid təmsilçisi ilə 6 illik müqavilə bağlayıb. Onun “Real”a yanvarda və ya yayda qoşulacağı qeyd edilib.

 

2015-ci ildən “Atletik”in şərəfini qoruyan Arrisabalaqa İspaniya millisində 1 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti