Cenk Tosun "Everton"da

Sportarena.az      4 Yanvar 2018, 14:38

Futbol üzrə Türkiyə yığmasının və “Beşiktaş”ın hücumçusu Cenk Tosun İngiltərənin “Everton” klubuna transfer olunub.

 

Sportarena.az xəbər verir ki, xeyli müddətdi bu transferlə bağlı danışıqlar aparan klublar nəhayət ki, razılığa gəliblər. Türkiyə mətbuatının yazdığına görə, “Beşiktaş”ın prezidenti Fikrət Ormanla görüşən İngiltərə klubunun rəsmiləri son olaraq 27 milyon avroluq təklif irəli sürüblər. “Qara qartallar” bu təklifi qəbul ediblər və transfer tam həll olunub.

 

“Everton” transfer məbləğinin 25 milyonunu nəğd ödəyəcək. Qalan 2 milyon avro isə futbolçunun İngiltərədəki performansından asılı olaraq ödənəcək. Bu axşam Liverpula gedəcək Cenk Tosun, sabah tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, “Beşiktaş” sözügedən forvardı 3 il öncə “Qaziantep”dən heç bir məbləğ ödəmədən transfer etmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin