Rauf Əliyev "Keşlə"də oynayacaq? - Zaur Axundov tələsmir - ÖZƏL

15:54 4 Yanvar 2018

Ötən ilin sonlarında "Kukesi"dən ayrılan Rauf Əliyevin hazırda klubsuz qalmasından xəbərdarsız.

 

Sportarena.az xəbər verir ki, onun bu vəziyyətdə olmasının səbəbi mövsüm ərzində Albaniya təmsilçisi ilə yanaşı, "Keşlə"nin formasını geyməsidi. Məhz paytaxt klubunun heyətində Avropa Liqasının təsnifat mərhlələsinin oyunları zamanı 4 oyun keçirən hücumçu yay sistemi ilə keçirilən çempionatlarda çıxış edə bilməz. Ən yaxşı halda təqribən martda startı veriləcək qış sistemli ölkələrin klubları ilə müqavilə bağlamaq mümkündür. Bunun səbəbi həmin ölkələrdə mövsümün yeni başlamasıdı.

 

Əldə etdiyimiz məlumata görə ,Ancaq qışda başlayan ölkələrin təmsilçilərindən heç biri Rauf Əliyevin xidmətində maraqlı deyill. Belə olan halda, millimizin üzvü ya "Kukesi"yə, ya da "Keşlə"yə geri dönməlidir. Futbolçu üçün sonuncu daha real variantdır. Ancaq paytaxt təmsilçisi Raufa təklif göndərmək istəmir. Bu səbəbdən futbolçu klubun Müşahidə Şurasının sədir Zaur Axundova yaxın şəxslərin köməklərindən yararlanaraq, "Keşlə"də ötən mövsümki müqavilənin şərtləri ilə oynamağa razı olduğunu bildirib.

 

"Keşlə"yə yaxın olan şəxslərin saytımıza verdiyi məlumata görə, Zaur Axundov bu məsələnin həllində tələsmir. Komandanın yeni baş məşqçisi Yuri Maksimov Axundovla birgə yeni futbolçuların axtarışlarını davam etdirir. Rauf Əliyev variantı onlar üçün sonuncudur. Futbolçuya ən yaxşı halda yanvarın ortalarında cavab deyiləcək.

 

Qeyd edək ki, mövsümün əvvəlində Rauf Əliyev "Keşlə" ilə müqaviləsi bitdiyinı əsas gətirərək "Kukesi" ilə müqavilə imzalamışdı. Bu transfer zamanı isə onunla Zaur Axundov arasında qalmaqal yaşanmışdı.


Digər xəbərlər

Xəbər xətti