"Qəbələ"dən sərt bəyanat - "Mahir Mədətovun üzr istəməsini gözləyirik"

17:48 4 Yanvar 2018

“Qəbələ” futbol klubu bəyanat yayıb.

 

Sportarena.az xəbər verir ki, əyalət təmsilçisi “Qarabağ”ın futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb. Buna səbəb 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişində millinin də şərəfini qoruyan hücumçunun səsləndirdiyi fikirlər olub.

 

Bəyanatda bildirilir ki, Mədətov verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi “Qəbələ”nin baş məşqçisi və futbolçular arasında olan dialoqu seçib və özünəməxsus şəkildə təqdim edib:

 

“Qəbələ” İdman Klubu Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir.

 

Bütün bunları nəzərə alaraq, “Qarabağ”ın gənc futbolçusu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” İK və Roman Qriqorçukdan üzr istəməsini gözləyirik”.


Digər xəbərlər

Xəbər xətti