Arda Turana daha bir Türkiyə klubu elçi düşdü

21:06 4 Yanvar 2018

"Barselona"dan ayrılacaq Arda Turanla bağlı ilginc məlumat yayılıb. 
 
Sportarena.az xəbər verir ki, "Beşiktaş" və "Qalatasaray"la anlaşa bilməyən yarımmüdafiəçi "Başakşəhər"ə keçir. Bu transfer üçün Arda Turanın dostu "Başakşəhər" kapitanı Əmrə Bələzoğlunun araya girdiyi bildirilir. Tərəflər arasında ilk görüş müsbət keçib. 
 
Görüşün ardından Ardanın sosyal medyada "Başakşəhər"in hesabını izləməsi diqqət mərkəzinə düşüb. 


Xəbər xətti