Prosineçkinin yeni iş yeri məlum oldu

19:20 4 Yanvar 2018

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri bəlli olub.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis bundan sonra Bosniya və Herseqovina millisini çalışdıracaq. Bu barədə məlumatı yerli mətbuat yayıb. Xəbərdə bu barədə qərarın Bosniya və Herseqovina Futbol Federasiyasının İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edildiyi vurğulanıb. Xorvat mütəxəssislə müqavilənin müddəti və detalları barədə məlumat verilməyib.

 

Xatırladaq ki, Prosineçki 2014-2017-ci illər aralığında millimizin “sükanı arxasında” olub.


Digər xəbərlər

Xəbər xətti