Uşaq futbolu və Yusif Vəliyev - VİDEO MƏZHƏKƏ

Sportarena.az      5 Yanvar 2018, 13:46

AFFA İntizam Komitəsi 2017-ci ilin son 3 ayı ərzində qurumun təşkilatçılığı ilə keçirilən müxtəlif yarışlarda 52 texniki məğlubiyyət qeydə alıb. Bunların hamısı uşaq liqalarında, qızların çempionatında və Region Liqasında reallaşanlardı.

Son ikisi bir qədər fərqli mövzu olsa da, uşaq liqalarındakı təxirəsalınmalar ölkə futbolunun gələcəyi üçün kifayət qədər ciddi həyəcan siqnalı sayılmalıdı. Çünki bu sahə strateji əhəmiyyətlidi.

AFFA-nın 2017-ci il üçün rəsmi hesabatı açıqlanmadığı üçün müxtəlif uşaq liqalarının keçirilməsinə xərclənən maliyyəni bilmirik. Ancaq 2016-cı il hesabatında həmin rəqəm 2 milyon 100 mindən artıq olub. Yəqin ki, ötən il də bu həndəvərdə, yaxud daha çox vəsait xərclənib. O pulların nəticəsində son 3 ayda rekord sayda təxirəsalınmalar baş verib...

Sahəyə cavabdeh şəxs Yusif Vəliyevdi. O, marketoloqdu, telekanallarda supermarketlərdən broyler təsərrüfatına, marketinqdəki problemlərdən turizmə qədər hər mövzudan danışıb/danışır. Gəl ki, Vəliyevin nəzarət etdiyi uşaq futbolu haqda bir ciddi açıqlamasını görməmişik/yoxdu. Ancaq o, belə bir strateji sahəyə cavabdeh şəxsdi, 7000+ məvacibi var.

Niyə, hansı məntiqlə, hörmətli AFFA rəhbərliyi? Ölkədə futbol mütəxəssisi çatışmazlığıdı? Marketoloqun belə vacib sahənin idarəçiliyində nə işi var? (FutbolPress)

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin