Azərbaycanda 2 milyon, Bosniyada... - Prosineçkinin maaşı açıqlandı

14:14 5 Yanvar 2018

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin Bosniya və Hersoqovina millisindəki qazancının məbləği açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bosniya və Xorvatiya mətbuatı məlumat verib. Xorvatiyalı mütəxəssis aya 15 min avro maaş alacaq. Bu isə ildə 180 min avro deməkdi. Azərbaycanda isə o, ilinə 1,2 milyon avro qazanırdı. Bildirilir ki, Prosineçki bosniyalıları AÇ-2020-nin final mərhələsinə daşıya bilsə, əlavə 300 min avro mükafat alacaq.

 

Xorvatiya mətbuatının daha bir iddiasına görə, AFFA ötən ilin sonunda 49 yaşlı mütəxəssisə ildə 1,5 milyon avroluq yeni müqavilə təklif edib. Lakin Prosineçki Azərbaycan millisində maksimuma nail olduğunu bildirərək, təklifdən imtina edib. Bundan başqa, mütəxəssisin Sloveniya millisin illik 350 min avroluq təklifini də müsbət cavablandırmadığı vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti