Zaur Svanadzenin yeni iş yeri məlum oldu

14:58 5 Yanvar 2018

“Keşlə”nin sabiq baş məşqçisi Zaur Svanadze özünə yeni iş yeri tapıb.

 

Sportarena.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bundan sonra vətəni Gürcüstanda çalışacaq. O, Tiflis "Dinamo”sunun əsas komandasının baş məşqçisi Kaxaber Kaçaravaya köməkçi təyin edilib.

 

Svanadze 1981-ci ildə futbolçu kimi “Dinamo”nun heyətində UEFA Kubokunu qazanıb. O, Tiflis klubunda 2005/06 mövsümündə də köməkçi-məşqçi kimi çalışıb.

 

Xatırladaq ki, Svanadze 2015-ci ilin yayından 2017-ci ilin oktyabrına qədər "Keşlə”nin baş məşqçisi olub. O, cari mövsümdə uğursuz nəticələr səbəbindən istefaya göndərilib.


Digər xəbərlər

Xəbər xətti