Rəşad Sadıqov Ozan Can Kökçünü yığmaya çağırdı

18:28 5 Yanvar 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, millimizin baş məşqçisi Rəşad Sadıqov toplanış üçün 26 futbolçuya dəvət göndərib. Sadıqovun dəvət göndərdiyi futbolçular arasında bir müddət öncə millimizə gəlməkdən imtina edən, sonra fikrini dəyişən Ozan Can Kökçü də var. Murad Xaçayev və Qismət Alıyev komandaya yanvarın 17-də qoşulacaq.

 

Sadıqov milliyə aşağıdakı futbolçuları dəvət edib:  

 

Kamran İbrahimov, Elnur Cəfərov, Elvin Sərkərov, Ömər Buludov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, Bəhlul Mustafazadə, Ülvü İskəndərov (hamısı “Sumqayıt”), Sərtan Taşkın, Murad Qayalı, Rafael Məhərrəmli (hamısı “Keşlə”), İsmayıl İbrahimli, Aydın Bayramov (hər ikisi MOİK), Famil Camalov, Əskər Hüseynov (“Qarabağ”), Fəhmin Muradbəyli, Murtazəli Abakarov (hər ikisi “Səbail”), Abdulla Seyidəhmədov, İlkin Muradov (hər ikisi “Zirə”), İlyas Səfərzadə, Yusif Cəfərov (hər ikisi “Kəpəz”), Hacıağa Hacılı, Qismət Alıyev (“Qəbələ”), Ozan Can Kökcü (“Valveyk”, Hollandiya), Murad Xaçayev ("Şaxtyor", Donetsk, Ukrayna).


Digər xəbərlər

Xəbər xətti