Millimizin Moldova və Gürcüstanla oyunlarının vaxtı açıqlandı

18:41 5 Yanvar 2018

Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərində Moldova və Gürcüstan yığmaları ilə yoldaşlıq oyunlarının keçiriləcəyi vaxt və məkan bəlli olub.

 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, hər iki matç Mardan stadionunda təşkil olunacaq. 

 

Moldova ilə oyun yanvarın 30-da, Gürcüstanla qarşılaşma isə fevralın 2-də, eyni vaxtda - yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.


Digər xəbərlər

Xəbər xətti