Sneyder Qətər klubunda

14:50 6 Yanvar 2018

Yayda Türkiyənin “Qalatasaray” klubundan ayrılaraq Fransa təmsilçisi “Nitsa”ya keçən hollandiyalı futbolçu Uesli Sneyder bu komandanın da sıralarını tərk edib.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ümidləri doğrultmadığından, klub rəhbərliyi də onun ayrılmasının əleyhinə olmayıb. Artıq onun yeni iş yeri də bəllidi. Belə ki, Uesli bundan sonra Qətərdə top qovacaq. O, bu ölkənin “Əl Qarafa” klubuna üz tutub. 

 

Artıq Qətər təmsilçisi də rəsmi saytı vasitəsilə bu xəbəri təsdiqləyib. Bu transfer klub saytında “tərəfdarlarımıza yeni il hədiyyəsi olsun” açıqlaması ilə təqdim olunub.

 

Qeyd edək ki, “Əl Qarafa” bir neçə gün öncə türkiyəli mütəxəssis Bülənt Uyğunu baş məşqçi postuna gətirib. İstisna deyil ki, Sneyderi yaxşı tanıyan biri kimi, hollandiyalı futbolçunun transferi məhz onun istəyi ilə gerçəkləşib.

Hollandiya millisinin üzvü karyerası ərzində “Ayaks”, “İnter”, “Real”, “Qalatasaray” kimi klubların şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti