Mejeyevski: “Jezniçak "Qarabağ"a keçəndə ona gülürdülər”

15:16 6 Yanvar 2018

“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak keçən ilin yayında Varşava "Legiya"sını Ağdam klubuna dəyişəndə vətənində ona gülürmüşlər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Polşa millisinin sabiq üzvü Adrian Mejeyevski məlumat verib. Ölkəsinin mətbuatına danışan Avstraliyanın "Sidney" klubunun üzvü yığmanın baş məşqçilərinin və yerli futbol ictimaiyyətinin xaricdə çıxış edən oyunçulara qarşı yanlış fikirdə olmalarından şikayətlənib. O, Jezniçakı da buna nümunə kimi göstərib:

 

"Burda elə bilirlər ki, Avstraliya çempionatı qocaların yeridi. Kimsə Polşa liqasının daha güclü olduğunu desə, bu, məni güldürər. Bizdə həmişə belədi. Yasek Qoralski Bolqarıstan çempionatına gedəndə onu qınayırdılar. Deyirdilər ki, getdiyin yer üçüncü səviyyədi. Amma o, Avropa Liqasınd aoynamaq imkanı əldə etdi. Yakub Jezniçakla da eyni cür oldu. "Qarabağ"a keçdiyinə görə ona gülürdülər. Amma Yakub Çempionlar Liqasının qrup mərhələsində oynadı. Polşa çempionatının böyük olduğunu, digərlərinin futbol oynaya bilmədiyini düşünmək məntiqsizdi".


Digər xəbərlər

Xəbər xətti