ABŞ klubu Arda ilə danışıqlara başladı

17:11 6 Yanvar 2018

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan futbolçu karyerasını ABŞ-da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. İddiya görə, "Çikaqo Fayr" 30 yaşlı oyunçu ilə maraqlanır. ABŞ klubu artıq A.Turanla danışıqlara başlayıb.

 

Qeyd edək ki, A.Turanla Türkiyə, İngiltərə və İtaliya klublarının da maraqlandığı iddia olunur.


Xəbər xətti