Budaq Nəsirov oynadı, komandası xal itirdi

10:20 7 Yanvar 2018

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 19-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Braqa”nın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Nəsirov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz görüşün 63-cü dəqiqəsində əvəzlənib.

 

"Sportinq" hazırda 25 xalla 20 klub arasında 11-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti