Koutinyo "Barselona"da!

11:22 7 Yanvar 2018

Avropada daha bir səs-küylü transfer tam rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, İspaniyanın “Barselona” klubu İngiltərənin “Liverpul” komandasından Felippe Koutinyonu heyətinə qatıb. Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb.

 

“Barselona” bu transferə görə “Liverpul”a 120 milyon avro təzminat ödəyəcək. Amma bonuslarla birlikdə bu məbləğ 160 milyon avroya qədər arta bilər. Koutinyonun azad agentə çevrilməsinin dəyəri isə 400 min avro olacaq.

 

Koutinyo Kataloniya klubunun tarixində ən bahalı transferə çevrilib. O, həm də Neymar və Mbappedən sonra dünya futbolunun ən bahalı üçüncü transferi olub.

 

Braziliyalı futbolçu 2013-cü ilin yanvar ayında 10 milyon avro qarşılığında transfer olunduğu “Liverpul”da 201 rəsmi matça çıxıb, 54 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti