Dmitri Nazarov oynadı, komandası “Ayntraxt”a uduzdu

17:21 7 Yanvar 2018

Almaniyanın “Ersgebirge” klubu qış toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. 

 

Sportarena.az xəbər verir ki, Aue təmsilçisi əsas Bundesliqada çıxış edən “Ayntraxt”la qarşılaşıb. Renat Dadaşovla Murad Mahmudovun əsas komandaya cəlb edilmədiyi Frankfurt təmsilçisi dörd qolluq qarşılaşmada “Ersgebirge”yə qalib gəlib – 3:1.

 

Komandasının meydanı məğlub tərk etdiyi oyunda Aue klubunun şərəfini qoruyan millimizin futbolçusu Dmitri Nazarov da iştirak edib. O, qarşılaşmanın 66-cı dəqiqəsində meydana buraxılıb.


Digər xəbərlər

Xəbər xətti