"Yuventus"da ciddi itki

18:00 7 Yanvar 2018

Yuventus” ciddi itkiylə üzləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın aparıcı üzvü Paulo Dibala sıradan çıxıb. İtaliya A seriyasının 20-ci turunda “Kalyari”yə qarşı matçın 50-ci dəqiqəsində əzələsindən zədələnən ulduz oyunçu Duqlas Kosta ilə əvəzləməli olub. Qarşılaşmanı göz yaşaları içində tərk edən vinger 1 ay yaşıl meydanlardan kənar qalacaq.

 

24 yaşlı oyunçu bu mövsüm 28 oyuna 17 qol vurub.


Digər xəbərlər

Xəbər xətti